Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin
birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə
Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet
Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin,
eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyi
xüsusi qeyd olunub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi
təlimlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu
vurğulanıb.