Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul prosesi davam edir (VİDEO)

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə
könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu prosesi
davam edir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, ən azı ümumi orta təhsilli, qanunla
müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30
yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək qoşun
növlərinin hərbi hissələrinin qərargahlarında, eləcə də Azərbaycan
Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul
komissiyalarına müraciət edə bilərlər.

Qəbul qaydaları barədə bu linkə keçid edərək ətraflı məlumat
əldə edə bilərsiniz.

Teqlər: