Azərbaycan Ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir – Baş nazir

Xəbər - Çingiz Səfərli – Trend:

Beynəlxalq reytinqlərə görə Azərbaycan Ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov rəsmi mətbuata müsahibəsində bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə daim zənginləşən iqtisadi potensialın yönəldildiyi istiqamətlərdən biri də ölkənin müdafiə qüdrətinin artırılmasıdır.

“Azərbaycanda müasir tələblərə cavab verən müdafiə və hərbi sənaye kompleksinin yaradılması təşəbbüsü cənab İlham Əliyevə məxsusdur. Bu sahədə qazanılan nailiyyətlər 44 günlük Vətən müharibəsində ordumuzun silah-sursat sarıdan ən yüksək səviyyədə təchiz olunmasında əhəmiyyətli rol oynaylb. Azərbaycan hazırda özünün əsas ehtiyaclarını ödəyən və 30-dan çox ölkəyə məhsullarını ixrac edən hərbi sənaye kompleksinin davamlı inkişafına nail olub. Əgər 2003-2004-cü illərdə müdafiə xərclərinə dövlət büdcəsindən cəmi 0,9 milyard manat ayrılırdısa, 2020-ci ildə bu göstərici 3,9 milyard manata çatdırıldı. Gələn ilin dövlət büdcəsindən isə müdafiə və milli təhlükəsizlik məqsədlərinə 4,5 milyard manatdan çox vəsait yönəldiləcəkdir”, – baş nazir deyib.

Teqlər: