Azərbaycan Ordusu burdadır, məhvə məhkumuq – Babayan

Azərbaycan Ordusu burdadır, məhvə məhkumuq – Babayan

Qarabağda separatçı-terrorçu rejimin tör-töküntülərinin qondarma “xarici işlər naziri” David Babayan “arsax”ın məhvə məhkum olduğunu etiraf edib.

AzerTimes Publika.az-a isinadən xəbər verir ki, Babayan Ermənistan və qondarma “arsax”ın çətin vəziyyətdə olduğunu deyib.

“Kiçik “ölkələr”, xüsusilə düşmən (Azərbaycan nəzərdə tutulur – red.) qoşunları ilə əhatə olunanlar üçün əsas geosiyasi vəzifə özünü qorumaqdır. Bu olmadan məhvə məhkumdur. Prinsiplərin olmaması “dövləti” və “xalqı” geosiyasi muxtariyyətdən və spesifiklikdən məhrum edir”, – deyə, “arsax”ın “dövlət” olduğunu iddia edən Babayan perspektivlərinin olmadığını dilə gətirir.

Teqlər: