Azərbaycan olmadan Avropada bu, mümkün deyil – Tadiç

Azərbaycan olmadan Avropada bu, mümkün deyil – Tadiç

Bu il Azərbaycan qlobal arenada, xüsusilə də enerji təhlükəsizliyi, geostrateji baxımdan çox vacib rol oynayır.

AzerTimes xəbər verir ki, bunu Serbiyanın sabiq Prezidenti Boris Tadiç X Qlobal Bakı Forumu ilə əlaqədar martın 8-də keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ötən illər ərzində Azərbaycan sürətlə inkişaf edib, bəzi çətinliklərin öhdəsindən gəlib və çox böyük işlər görüb:

“Xüsusilə də bu il Avropanın enerji təhlükəsizliyində çox vacib rol oynayıb. Azərbaycan olmadan Avropada enerji sabitliyi mümkün deyil”.

Teqlər: