Azərbaycan nümayəndə heyəti Latviyada işgüzar səfərdədir (FOTO)

Azərbaycan və Latviya Respublikaları arasında iqtisadi,
elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın
8-ci iclasında iştirak etmək məqsədilə Azərbaycan-Latviya
Hökumətlərarası Komissiyasının həmsədri, ekologiya və təbii
sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti
Latviyanın Riqa şəhərinə işgüzar səfər edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzerTimes-a bildirilib
ki, səfər çərçivəsində Latviya rəsmiləri ilə keçirilən ikitərəfli
görüşlər zamanı ticarət və investisiya, elm və təhsil, turizm,
mədəniyyət, nəqliyyat, innovasiya, kənd təsərrüfatı və qida
təhlükəsizliyi, energetika, ətraf mühitin mühafizəsi və iqlim
dəyişikliyi sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə
olunub.

Eyni zamanda, görüşlərin nəticəsi olaraq Hökumətlərarası
Komissiyanın 8-ci iclas Protokolu, Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və
Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu və iki ölkə arasında ətraf mühitin
mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiqi üzrə
ikiillik (2022-2023-cü illər) İş Proqramı imzalanıb.

Teqlər: