Azərbaycan niyə Qarabağı daxili məsələsi hesab etməsin?

Azərbaycan niyə Qarabağı daxili məsələsi hesab etməsin?

2017-ci ilin 16 iyulunda Serj Sərkisyan müsahibəsində demişdi ki, 2016-cı ilin müharibəsi Azərbaycanın problemin həlli üçün Madrid variantından imtina etdiyini göstərdi. Sərkisyanın sözlərinə görə, Azərbaycan deyir ki, Qarabağ problemi Bakının daxili işidir. Yəni Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və belə də qalacaq.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı parlamentdə çıxışı zamanı deyib.

“Sərkisyanın sitatlarına cavab olaraq demək istəyirəm ki, onun təəccübünə təəccüblənirəm. Ermənistan Sərkisyanın formulu ilə güzəştə getdikdən və 1989-cu ildə Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərarı və Dağlıq Qarabağda keçirilən referendumun nəticəsini ləğv etdikdən sonra niyə Azərbaycan Dağlıq Qarabağ məsələsini özünün daxili məsələsi hesab etməsin? Bu, bir daha deyirəm, Azərbaycanın Madrid prinsiplərinə uyğun olaraq həll etdiyi fundamental problem idi”, – Paşinyan bildirib.

Teqlər: