Azərbaycan neftinin qiyməti 60 dollara yaxınlaşır

Xəbər - Zeyni Cəfərov, Orxan Nəbiyev – Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 3-də 59,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel çoxdur.

Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,04 dollar/barel çoxdur.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 58,77 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel çoxdur.

Teqlər: