Azərbaycan neftinin qiyməti 123 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti mayın 24-də 122,94
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24
dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 121,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 0,23 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
78,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24
dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 115,82 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
0,29 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: