Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi haqda rəy yaratmaqla Azərbaycan yeni müharibəyə legitimlik qazandırmağa çalışır.
AzerTimes xəbər verir ki, belə bir iddianı Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü onlayn mətbuat konfransında səsləndirib.
Baş nazir delimitasiya və demarkasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı ilkin razılığın əldə edildiyi iki halı qeyd edib. Hər iki dəfə Bakı ya imtina etdi, ya da təxirə salınmasını tələb edib:
“Eyni hal nəqliyyat kommunikasiyası ilə bağlıdır: Azərbaycan elə bir görüntü yaradır ki, Ermənistan üştərəfli bəyanatı pozur və nəqliyyat kommunikasiyalarının açılmasına qarşı gedir”.
Paşinyan iddia edib ki, əslində reallıq başqadır: Bakı 30 ildir Ermənistanın blokada siyasətini aparıb və bunun hazırda effektli hesab edir, ona görə də kommunikasiyaların açılmasını ləngidir.
O bildirib ki, İrəvan kommunikasiyaların açılmasında maraqlıdır, çünki bu halda İran və Rusiya ilə dəmiryol əlaqəsi qurulacaq, həmçinin, Mehri-Arazdəyən istiqamətində Ermənistan alternativ yol əldə edəcək.
Qeyd edək ki, Paşinyan tamamilə yalan danışır. Məsələ budur ki, delimitasiya və demarkasiyanın hansı xəritələrlə aparılması barədə Ermənistan mövqeyini tez-tez dəyişir: gah anklavların “hər iki ölkədə” qalmasını, gah isə 1986-87-ci illərdə otlaq sahəsi kimi Ermənistana icarəyə verilən torpaqların geri qaytarılmasını istəmir.
Digər tərəfdən, Ermənistan Azərbaycanın ərazi bütövlüyü məsələsində də manipulyasiya edir. Nikol Paşinyan “Azərbaycanın ərazi bütövlüyünün Qarabağa dəxli yoxdur” kimi absurd, riyakar və həyasız bəyanat verməkdən çəkinmir.
Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev rəsmən elan etdi ki, 10 noyabr 2020-ci il bəyanatı ərəfəsində şifahi razılıq əldə olunub və Ermənistan “dqr”, “status” adı çəkməyəcəyinə söz verib.
Ancaq N.Paşinyan məhz bu müsahibəsində belə “Azərbaycan Ermənistana da Qarabağa qarşı müharibəyə hazırlaşır” kimi həyasızcasına yenə də Qarabağdakı rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdən “ayrıca qurum” kimi danışmağa səy göstərir.
Onun Lavrovun əleyhinə çıxması isə onu göstərir ki, Paşinyan yeni oyunu yenə Avropanın bəzi dövlətlərinin sifarişi ilə oynamaq istəyir.