Azərbaycan muğamı Moskvada teatr festivalında səslənəcək

İyulun 3-4-də Moskvada Çexov adına 15-ci beynəlxalq teatr festivalı keçiriləcək.

Trend-in məlumatına görə, festival çərçivəsində Azərbaycanın Xalq artisti Alim Qasımovun muğam ansamblı iştirak edəcək.

Festivalın mətbuat xidmətinin məlumatına əsasən, A.Qasımov “Dünya sevgi üzərində qurulub” kompozisiyasını səsləndirəcək.


(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: