Azərbaycan Moldovaya enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından əsas tərəfdaşdır – Baş nazir müavini

Azərbaycan Moldovaya enerji ehtiyatları tədarükünün
şaxələndirilməsi baxımından əsas tərəfdaşdır.

Trend-in məlumatına görə, bunu Moldova baş
nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey
Spinu Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

Onun sözlərinə görə, son 6 ay ərzində Moldovada qaz qiymətləri 5
dəfə artıb. Bazarın çökməsi özünün enerji ehtiyatları olmayan
Serbiya və Moldova kimi ölkələrə daha çox təsir göstərib.

Moldovalı nazir bildirib ki, Azərbaycanın həm ənənəvi enerji
ehtiyatları, həm də alternativ enerji üzrə potensialı çox
yüksəkdir.

“Həmrəylik mexanizminin yaradılması lazımdır. Etibarlı tədarük
mexanizmi hazırlanmasa, biz hədəflərimizə nail ola bilməyəcəyik”, –
deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: