Azərbaycan məhsulları “Prodexpo 2022” sərgisində (FOTO)

Rusiyanın paytaxtı Moskva şəhərində “Prodexpo 2022” sərgisi öz işinə başlayıb. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 30-dan çox şirkətinin istehsal etdiyi meyvə şirələri, şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunur.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, fevraln 11-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.


Teqlər: