Azərbaycan mədəni müxtəlifliyi ilə tanınır – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycan öz dini icmaları, etnik qrupları, mədəni müxtəlifliyi ilə tanınır.

AzerTimes-ın məlumatına görə, bunu “Mədəniyyət naminə sülh” qlobal
kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib.

“Azərbaycan öz dini icmaları, etnik qrupları, mədəni müxtəlifliyi ilə tanınır. Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri sülh və harmoniyaya inanır”, – G.Əfəndiyeva bildirib.

O qeyd edib ki, Azərbaycan keçən il çox ağır, həm də şərəfli bir dövr yaşadı:


“Qarabağ qələbəsi tarixə qızıl hərflərlə yazıldı. Bu, bütün türk dünyası üçün vacibdir. Qarabağın reallıqları, tarixi mədəni irsi çox önəmlidir”, – deyə G.Əfəndiyeva əlavə edib.

Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.

Teqlər: