Azərbaycan Malayziya ilə iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışır – Səfir

Azərbaycan Malayziya ilə ticarət, investisiyalar və turizm kimi
sektorlarda iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışır.

Trend-in
məlumatına görə, bunu Azərbaycanın Malayziyadakı səfiri 28 May –
Müstəqillik Günü ilə əlaqədar Kuala-Lumpurda təşkil olunmuş qəbul
zamanı deyib.

Səfir bildirib ki, həm Malayziya, həm də Azərbaycan ticarət və
digər sahələrdə istifadə olunmamış potensiala malikdir.

“Malayziya Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir və
müstəqilliyimizi ilk tanıyan ölkələrdən olub. Biz BMT çərçivəsində,
onun xüsusi təşkilatlarında, İslam Əməkdaşlığı Təşkilatı və
Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq edirik”, – səfir
deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: