Azərbaycan Kubokunun qalibi bəlli oldu

Azərbaycan Kubokunun qalibi bəlli oldu

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

AzerTimes-ın məlumatına görə, finalda “Gəncə” və NTD klubları üz-üzə gəliblər. Sərhədçi İdman Mərkəzində keçirilən görüşün əsas vaxtı 85:85 hesabı ilə başa çatıb. Bu səbəbdən qarşılaşmada əlavə vaxt oynanılıb.

Yekunda 100:89 hesabı ilə qələbə qazanan gəncəlilər kuboka sahib çıxıblar.

Teqlər: