Aprelin 29-da futbol üzrə Azərbaycan Kubokunda digər finalçının
adı məlum olub.
AzerTimes-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda
səfərdə “Neftçi”ni məğlub edən “Zirə” həlledici qarşılaşmada
“Qarabağ”ın rəqibi olacaq.
Matçın əsas və əlavə vaxtında hesab açılmadığından, qalib
penaltilər seriyasında müəyyənləşib. Bu zaman “Zirə” daha dəqiq
(4:2) oynayaraq, tarixində ilk dəfə finala adlayıb.
“Ağ-qaralar”dan Emin Mahmudov, Tiaqo Bezerra, “qartallar”dan
Hamidu Keyta, Təmkin Xəlilzadə, Qismət Alıyev və Davit Volkov
fərqləniblər.
“Neftçi”dən Eddi İsrafilov və Gilyerme Pato isə 11 metrlik
cərimə zərbəsindən yararlana bilməyib.