Azərbaycan komandası bədii gimnastika üzrə dünya çempionatında iki növdə finala yüksəlib

Xəbər - Cani Babayeva – Trend:

Yaponiyanın Kitaküsü şəhərində keçirilən bədii gimnastika üzrə 38-ci dünya çempionatında qrup hərəkətlər üzrə Azərbaycan komandası iki növdə finala yüksəlib.

Trend-in məlumatına görə, komanda beş topla hərəkətlərdə 39.600 xalla altıncı yerdə, üç halqa və iki cüt gürzlə hərəkətlərdə 38.000 xalla səkkizinci yerdə qərarlaşıb.

Azərbaycan komandası çoxnövçülükdə 77.600 xalla altıncı olub.

Qeyd edək ki, dünya çempionatında qrup hərəkətlərdə Azərbaycanı Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina təmsil edir.

Ayrı-ayrı növlər üzrə finallar oktyabrın 31-də keçiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: