Azərbaycan komandası 5 topla hərəkətlərdə Dünya Kubokunun bürünc medalını qazanıb

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətləri proqramında 5 topla hərəkətlərdə Azərbaycan komandası üçüncü yer tutaraq bürünc medal qazanıb.

AzerTimes-ın məlumatına görə, Azərbaycan komandası 44.000 xal toplayıb

Bu növdə 45.600 xal toplamış Bolqarıstan komandası qalib gəlib. İtaliya komandası topla hərəkətlərdə 44.550 xal toplayaraq ikinci olub.

Azərbaycanın qrup hərəkətləri üzrə komandasının tərkibində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina yer alır.


Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü və son günü davam edir.

Yarışların üçüncü günündə fərdi proqramda ayrı-ayrı alətlər üzrə finallar keçirilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: