Azərbaycan kəlağayıları “Amazon” və “eBay”da satışa çıxarılıb (FOTO)

Azexport.az portalı Azərbaycan Sənaye Kooperasiyası məhsullarını
“Amazon” və “eBay”- da satışa çıxarıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən
AzerTimes-a verilən məlumata görə,
Sənaye Kooperasiyası tərəfindən “Made in Azerbaijan” brendi adı
altında istehsal olunan kəlağayı məhsulları Azexport.az internet
portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq
alıcılara təqdim olunub. İkin mərhələdə sadalanan platformalarda 10
çeşiddə kəlağayı məhsulu satışa çıxarılıb. Növbəti mərhələdə
Kooperasiyanın nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən
istehsal olunan digər məhsullar da “Amazon” və “eBay”
platformalarına inteqrasiya olunacaq.


Qeyd edək ki, Pandemiya səbəbindən beynəlxalq poçt daşımaları
məhdudiyyətlərlə fəaliyyət göstərdiyindən satışaların İsrail,
Yaponiya, Çin, Tayvan, Koreya, Honkonq, Sinqapur, Amerika Birləşmiş
Ştatları, Böyük Britaniya, MDB və Avropa ölkələrinə həyata
keçirilməsi nəzərdə tutulub.

Teqlər: