Azərbaycan jurnalist təşkilatları Rusiyanın əlaqədar dövlət
qurumlarına və beynəlxalq media ictimaiyyətinə müraciət edib.
Trend müraciət mətnini təqdim edir:
“Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi
İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ( Roskomnadzor)
Azərbaycanın populyar və peşəkar KİV-lərindən olan “Oxu.az” xəbər
portalının Rusiya Federasiyası ərazisində yayımına blok qoyub. Bu
qərar saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən
verilib. Bir müddət öncə isə analoji qərar Azərbaycanda fəaliyyət
göstərən digər rusdilli saytlar- “Haqqin.az” və “minval.az”
saytları- barədə verilib. Növbəti günlərdə siyahının genişləncəyi
gözlənilir.
“Roskomnadzor” Azərbaycan KİV-lərinin bloklanması qərarına rəsmi
izahat vermək istəmir. Bilinən budur ki, qeyd edilən KİV-lər
Rusiya-Ukrayna müharibəsi barədə müntəzəm olaraq informasiyalar
yayır, müharibənin gedişatında Rusiya tərəfindən beynəlxalq
normaların pozulduğunu ehtiva edən məlumatlar verirlər. Azərbaycan
KİV-ləri özlərinin informasiya siyasətində reallığa söykənirlər,
Rusiya-Ukrayna müharibəsini müşahidə legitim beynəlaxlaq
təşkilatların hesabatlarına, o cümlədən, rəsmi qurumlara istinad
edirlər. Rusiya tərəfi reallıqların KİV müstəvisində görünməsindən
narahatlıq keçirməməli, öz narahatlığını sosial şəbəkə
platformalarının bloklanması, KİV qurumlarının yayımına
məhdudiyyətlər tətbiq edilməsi formasında büruzə verməməlidir.
Nəzərə almaq lazımdır ki, insanların, o cümlədən, rusdilli
əhalinin həqiqəti bilmək kimi fundamental hüquları vardır.
“Roskomnadzor” rus dilində həqiqətləri yayan KİV-ləri, o cümlədən,
Azərbaycanın xəbər portallarını bloklamaqla söz azadlığını,
pluralizm prinsiplərini pozur, demokratiyaya zidd hərəkətlər
edir.
Qeyd etməyi zəruri sayırıq ki, Azərbaycan dövləti öz
təhlükəsizliyi üçün vacib olan zamanlarda, hətta II Qarabağ savaşı-
44 Günlük Müharibə- dönəmində də Rusiya KİV-lərinin bloklanmasını
həyata keçirməyib. Baxmayaraq ki, Rusiyanın əksər KİV-ləri 44
Günlük Müharibə dövründə rəqib cəbhədə yer tutaraq Azərbaycana
qarşı informasiya savaşı aparırdılar. Bizlər, Azərbaycan jurnalist
təşkilatları olaraq Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları
və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə
müraciət edərək, özlərinin yanlış qərarlarına yenidən baxmağa,
Azərbaycan KİV-lərinə tətbiq edilmiş blokları aradan qaldırmağa
çağırırıq. Eyni zamanda, beynəlxalq media ictimaiyyətinə müraciət
edərək bildirirk ki, Rusiyanın yanlış, anti-demokratik addımlarının
durdurulması üçün həmrəylik göstərməyə zərurət yaranıb”.
Qeyd edək ki, müraciəti Jurnalistlərin Həmkarlar İttifaqının
sədri Müşfiq Ələsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
Umud Rəhimoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar
Məmmədli, Azərbaycan Jurnalistlər Şəbəkəsindən Ayaz Mirzəyev,
Parlament Jurnalistlər Birliyinin (Tərəfsiz Jurnalistlər İB) sədri
Elşad Eyvazlı, “İslam Əməkdaşlığı Təşkilatına üzv Rusiyanın Rabitə,
İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə
Nəzarət Federal Xidməti ( Roskomnadzor) Azərbaycanın populyar və
peşəkar KİV-lərindən olan “Oxu.az” xəbər portalının Rusiya
Federasiyası ərazisində yayımına blok qoyub. Bu qərar saytın
redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən verilib. Bir
müddət öncə isə analoji qərar Azərbaycanda fəaliyyət göstərən digər
rusdilli saytlar- “Haqqin.az” və “minval.az” saytları- barədə
verilib. Növbəti günlərdə siyahının genişləncəyi
gözlənilir.övlətləri Jurnalistləri Assosiasiyası” İB-dən Fazil
Abbasov, “İnformasiya Təşəbbüslərinə Dəstək” İB-dən Hüseyznadə
Cəsarət Məsləhət oğlu, CASCFEN (Orta asiya-Güney Qafqaz Sös
azadlığı Şəbəkəsi) sədri Nadir Azəri, Jurnalist Araşdırmaları
Mərkəzindən Seymur Verdizadə və Regional İnsan Hüquqları və Media
Mərkəzi İB-dən Kazımov Xalid Vahid oğlu imzalayıb.
Xatırladaq ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və
Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (
Roskomnadzor) Azərbaycanın populyar və peşəkar KİV-lərindən olan
“Oxu.az” xəbər portalının Rusiya Federasiyası ərazisində yayımına
blok qoyub. Bu qərar saytın redaksiyasına heç bir məlumat,
xəbərdarlıq edilmədən verilib. Bir müddət öncə isə analoji qərar
Azərbaycanda fəaliyyət göstərən digər rusdilli saytlar- “Haqqin.az”
və “minval.az” saytları- barədə verilib. Növbəti günlərdə siyahının
genişləncəyi gözlənilir.