2022-ci il Azərbaycan İtaliya münasibətlərinin təsis edilməsinin
30 illiyini qeyd edirik. 2022-ci ilin fevral ayında Azərbaycan
Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində iki ölkə
arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə
bəyanat xüsusi önəm kəsb edir.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov İtaliyanın Xarici İşlər Naziri Luici Di Maio ilə
birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan-İtaliya arasında münasibətlər
strateji əməkdaşıq və tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib.