“Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı ilə 20-22 may tarixlərində “Passage 1901”də
istehsalla məşğul olan biznes subyektlərinin satış-sərgi yarmarkası
– “Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək.
Yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarlıq
subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın
genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.

Yarmarkada 150-yə yaxın biznes subyekti tərəfindən 3 gün
müddətində tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün
əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olunacaq. Tədbir
çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən
sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin
iştirakı ilə məsləhət saatları təşkil olunacaq, uğurlu iş adamları
ilə təcrübə mübadiləsi imkanı yaradılacaqdır.

Yarmarkada iştirak ödənişsizdir. Maraqlanan sahibkarlar
aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3MseR2K

Teqlər: