Ombudsmanın regional mərkəzləri tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər təşkil olunub (FOTO)

Ombudsmanın Quba, Gəncə, Şəki və Cəlilabad regional mərkəzləri
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə
həsr olunmuş tədbirlər keçirib.

Tədbirlərdə ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində
Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri, bu sahədə
qəbul edilmiş normativ sənədlər, dövlət proqramları, institusional
islahatlar barədə ətraflı məlumat verilib.

Çıxışlar zamanı 2002-ci ildə məhz Ulu Öndərin xeyir-duası ilə
respublikamızda da digər inkişaf etmiş demokratik ölkələrdə olduğu
kimi Ombudsman institutunun təsis edildiyi diqqətə çatdırılıb.

Teqlər: