Azərbaycan işini bitirmək əzmindədir – Sarıkaya

Azərbaycan işini bitirmək əzmindədir – Sarıkaya

44 günlük Vətən müharibəsinin 3-cü ilinin tamam olmasına 8 gün qalmış Azərbaycan “terrorizmlə mübarizə” yanaşması ilə Qarabağda rus sülhməramlılarının müvəqqəti məsuliyyət bölgəsində lokal antiterror tədbirinə başladı.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin Giresun Universitetinin professoru Yalçın Sarıkaya qeyd edib.

“Dövlətlərin həyatında 3 il bir neçə dəqiqə kimidir. Əsas olan doğru zamanda lazımi addımı atmaqdır. Bölgədən müsbət xəbərlər alırıq. Dövlət yarımçıq qalan işi tamamlamaqda qətiyyətlidir”, – professor qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə bu gün başlayıb.

Teqlər: