Azərbaycan iki türk ölkəsi ilə viza rejimini sadələşdirir

Azərbaycan iki türk ölkəsi ilə viza rejimini sadələşdirir

Azərbaycan, Türkiyə və Türkmənistan arasında imzalanmış “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” üç ölkə arasında və ərazilərindən tranzit keçməklə həyata keçirilən multimodal daşımaların inkişafına, nəqliyyatın rəvan hərəkəti üçün administrativ və viza prosedurlarının sadələşdirilməsinə, avtodaşıyıcılar üçün səmərəli şəraitin yaradılmasına xidmət edəcək.

AzerTimes xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tvitterdə bildirib.

Xatırladaq ki, sözügedən sənəd azərbaycanlı nazir, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu, Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev imzalayıblar.

Teqlər: