Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarını 15-ci yerdə başa vurub

Xəbər - Orxan Nəbiyev – Trend:

Pekində davam edən 24-cü Qış Olimpiya Oyunlarında Azərbaycan
fiqurlu konkisürəni Yekaterina Ryabova qadınlar arasında sərbəst
proqramda çıxışını başa vurub.

Trend-in
məlumatına görə,118,15 xalla 15-ci yeri tutub. Y.Ryabova fevralın
15-də qısa proqramda 61.82 xalla 16-cı yer tutmuşdu.

İki çıxışın yekununda 179,97 xal toplayan idmançı Olimpiya
Oyunlarını 15-ci sırada başa vurub.

Qadınlar arasında fiqurlu konkisürmə üzrə fərdi proqramda
Olimpiya çempionu adını Rusiya fiqurlu konkisürəni Anna Şerbakova
qazanıb, gümüş medalı digər rusiyalı idmançı Aleksandra Trusova,
bürünc medalı isə yaponiyalı Kaori Sakamoto qazanıb.


Xatırladaq ki, digər idmançımız Vladimir Litvintsev kişilər
arasında yarışda iki proqramın yekununda 18-ci olmuşdu.

Çində Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.

Teqlər: