Azərbaycan hökumətini dəstəkləmləyə sadiqik – BMT İnkişaf proqramı

Humanitar minatəmizləmə fəaliyyəti davamlı inkişaf üçün çox
vacibdir.

Trend-in məlumatına görə, bunu BMT İnkişaf
Proqramının (BMTİP) müvəqqəti işlər vəkili Suxrob Hojimatov Mina
Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın
açılışında çıxışı zamanı deyib.

“İnsanların həyatını xilas etmək və xəsarətlərin qarşısını
almaqdan əlavə, minalardan təmizləmə infrastruktur, təhsil və kənd
təsərrüfatının yenidən qurulması üçün həyati əhəmiyyət kəsb edir.
O, həmçinin, xüsusilə qadınların və əlilliyi olan insanların
inteqrasiyası üçün güclü təkan ola bilər. BMTİP-də biz Dayanıqlı
İnkişaf Məqsədlərinə nail olmaq üçün münbit zəmin yaradılmasında
Azərbaycan hökumətini dəstəkləmləyə sadiqik”, – S.Hojimatov
bildirib.

Qeyd edilib ki, BMTİP 1999-cu ildə Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasına kömək edib və
hal-hazıradək onun işinə, o cümlədən 806 mindən çox mina və
partlamamış hərbi sursatın təmizlənməsi və insanların evlərinə
təhlükəsiz qayıtmasının təmin edilməsinə dəstək göstərir.

Teqlər: