Azərbaycan hərbi dənizçiləri “AMAN-21” çoxmillətli təlimlərində müşahidəçi qismində iştirak edirlər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən “AMAN-21” çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak edirlər.

30-dan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-dək davam edəcək.

Teqlər: