Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən “AMAN-21” çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak edirlər.
30-dan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-dək davam edəcək.