Azərbaycan hərbçiləri Türkiyədə “Efes-2022” təlimində növbəti tapşırıqları icra ediblər (FOTO/VİDEO)

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022”
çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları yerinə
yetirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, beynəlxalq təlimin planına uyğun olaraq
iştirakçılar şərti terror dəstəsi tərəfindən avtomobilə
yerləşdirilən partlayıcı qurğunun aşkar olunaraq
zərərsizləşdirilməsi, helikopterlər vasitəsilə şərti düşmən
obyektinə aviazərbələrin endirilməsi, dəniz piyadalarının sahil
xəttinə çıxması və yüksəkliklərin ələ keçirilməsi, həmçinin
axtarış-xilasetmə əməliyyatı və yaralıların təxliyə olunması
mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Təlim iştirakçıları, eyni zamanda, zəbt olunmuş gəminin azad
edilməsi və helikopterdən dəniz xüsusi təyinatlılarının gəmiyə
enməsi üzrə fəaliyyətləri də müvəffəqiyyətlə yerinə yetiriblər.

Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi
qulluqçularının da iştirak etdiyi beynəlxalq təlim iyunun 9-dək
davam edəcək.

Teqlər: