ADPU-nun fakültələrində tələbələrin pedaqoji və istehsalat təcrübəsinin yekun konfransları keçirilib (FOTO)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fakültələrində
pedaqoji və istehsalat təcrübəsinə göndərilmiş tələbələrin
təcrübələri uğurla tamamlanıb və yekun konfranslar, bağlanış
tədbirləri keçirilib.

Bakı şəhəri Nizami rayonu 229 saylı məktəbdə Riyaziyyat
fakültəsinin pedaqoji təcrübədə iştirak edən tələbələri məktəb
şagirdləri ilə birlikdə Riyaziyyat günü adlı tədbir keçirmişlər.
Tədbir tələbə və şagirdlərin maraqlı riyazi viktorinalar və bədii
proqramları ilə yadda qalmışdır. Tədbirdə ADPU-nun Riyaziyyat
fakültəsinin müəllimləri və məktəb rəhbərliyi iştirak etmişlər.
Məktəb direktoru Vüsalə kollektiv adından nümunəvi tələbələr
yetişdirdiyinə görə nümunəvi olduqlarını qeyd edərək Universitet
rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir.

Məktəbəqədər təhsil fakültəsində isə 14 həftəlik pedaqoji
təcrübənin yekuna həsr olunmuş konfrans keçirilmişdir. Konfransda
fakültə dekanı professor Şəhla Əliyeva, dekan müavini dosent
Allahyar İmanov, kafedra müdirləri prof. Müseyib İlyasov, prof.
Ramiz Əliyev, prof. Qızxanım Qəhrəmanova və dos. Nailə Hüseynova,
fakultənin professor-müəllim heyəti və tələbələr iştirak edirdilər.
Bakı şəhərində yerləşən uşaq bağçalarında, ümumtəhsil
məktəblərində, xüsusi və inteqrativ məktəblərdə, psixoloji
mərkəzlərdə təcrübə keçən tələbələr 4 saylı tədris korpusunda
maraqlı və faydalı təcrübələrindən danışdılar, ixtisas
kafedralarında və fakültə rəhbərliyinə hesabatlarını verdilər.
Tədris korpusunun foyesində Məktəbəqədər təlim və tərbiyə, Təhsildə
sosial-psixoloji xidmət və Korreksiyaedici təlim ixtisası
tələbələrinin əl işləri sərgiləndi. Konfransda pedaqoji təcrübədə
müəssisə rəhbərləri tərəfindən təşəkkürnaməyə layiq görülmüş
metodistlər, tələbələr təltif və təbrik edildi. Fakültənin
professor-müəllim heyəti bütün tələbələrə gələcək fəaliyyətlərində
uğurlar arzuladılar.

İncəsənət və fiziki tərbiyə fakültəsində də pedaqoji təcrübənin
yekun konfransı keçirilib. Konfransda fakültə dekanı dos. Laçın
Həsənova, dekan müavini s.ü.f.d. Anar Fərmayılov, Musiqi və onun
tədrisi texnologiyası kafedrasının müdiri prof. Zemfira
Abdullayeva, Fiziki tərbiyə və ÇH tədrisi texnologiyası
kafedrasının müdiri Eldar Abdullayev, Təsviri incəsənət və onun
tədrisi texnologiyası kafedrasının müdiri dos. Yeganə Cəlilova və
fakültənin müəllimləri Natiq Əliyev, Əvəz Sadıqov, Çingiz Rüstəmov,
Gülnarə Bakıxanova çıxış etdilər.

Pedaqoji təcrübəyə dair kafedra müdirləri, təcrübə rəhbərinin və
tələbələrin çıxışları dinlənildi.

Konfransda tələbələrin sərgilərinə baxış keçirildi və pedaqoji
təcrübədə müəssisə rəhbərləri tərəfindən təşəkkürnaməyə layiq
görülmüş tələbələr təbrik edildi.

Teqlər: