Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə
alınmayıb.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin bazar günü
yaydığı açıqlamada vurğulanır.
Qeyd olunur ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin
açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə
verilmiş məlumat da həqiqətə uyğun deyil.
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir
ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart
tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun
deyildir.
Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri
çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat
şəraitinə tam nəzarət edir.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin
guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da
həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma
halı qeydə alınmayıb”, – açıqlamada bildirilir.