Azərbaycan hazırda regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib – ATƏT-in fəaliyyətdə olan sədri

Azərbaycan hazırda regionun əsas nəqliyyat-logistika
mərkəzlərindən birinə çevrilib.

Trend xəbər verir ki, bunu Polşanın xarici işlər naziri, ATƏT-in
fəaliyyətdə olan sədri Zbiqnev Rau martın 31-də Prezident İlham
Əliyevin qəbulunda olarkən deyib.

Zbiqnev Rau Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşacağına ümidvar olduğunu bildirərək, qeyd etdi ki,
nizamlanmaya aparan indiki mərhələ çox nikbin görünür. ATƏT-in
fəaliyyətdə olan sədri bu proseslərin Qafqaz regionu, eyni zamanda,
Mərkəzi və Şərqi Avropa üçün də çox sevindirici olduğunu dedi və
bunun gələcək üçün yeni imkanlar yaratdığını bildirdi.

Qonaq Azərbaycanın hazırda regionun əsas nəqliyyat-logistika
mərkəzlərindən birinə çevrildiyini vurğuladı.

Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin uğurla
inkişaf etdiyini deyən Zbiqnev Rau iqtisadi-ticari əlaqələrin
genişləndirilməsi məqsədilə qarşıdan gələn aylarda hökumətlərarası
komissiyanın iclasının keçiriləcəyini vurğuladı.

Teqlər: