Azərbaycan gimnastları Milana Əliyeva və Nizam Xamidulin təsnifatda ikinci keçid yerində qərarlaşıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş
Qrupları Yarışları çərçivəsində 12-18 yaş kateqoriyasında Milana
Əliyeva və Nizam Xamidulindən ibarət qarışıq cütlük balans
hərəkətlərini nümayiş etdirib.

Trend-in
məlumatına görə, cütlük 27,100 xal yığıb.

Onlar ötən gün balans hərəkətlərində 27,000 xal yığmışdı. İki
hərəkətin cəmində 54.100 xal yığan cütlük ikinci keçid yerində
qərarlaşıb.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: