Azərbaycan gimnastları Dünya yaş qrupları yarışlarında bürünc medal qazanıb

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycan gimnastları İsveçrənin Cenevrə şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə 11-ci Dünya yaş qrupları yarışlarında uğurla çıxış edib.

AzerTimes-ın məlumatına görə, Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibartə qadınlar qrupu qarışıq hərəkətlərdə bürünc medal qazanıb.

Gimnastlar 12-19 yaş kateqoriyasında iştirak edib.

(Tərcümə: Orxan Nəbiyev)


Teqlər: