Azərbaycan gimnastı Vladimir Dolmatov aerobika gimnastikası üzrə dünya çempionatında finala çıxıb

Xəbər - Cani Babayeva – Trend:

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında fərdi proqramda kişilər arasında finalçılar məlum olub.

Trend-in məlumatına görə, Azərbaycan gimnastı Vladimir Dolmatov 21.000 xal toplayaraq finala çıxıb. Gimnastımız 7-ci mövqedə qərarlaşıb.

Ondan başqa, finala Roman Semyonov (Rusiya, 22.050 xal), Migel Mane (İspaniya, 21.750 xal), Lukas Barboza (21.750 xal), Qabriel Bokser (Rumıniya, 21.500 xal), Antonio Papazov (Bolqarıstan, 21.400 xal), İlya Ostapenko (Rusiya, 21.100 xal) və David Naççi (İtaliya, 20.950 xal) çıxıb.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: