Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən DÇ-nin finalında çıxış edib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının tamblinq üzrə proqramında çıxış edib.

AzerTimes-ın məlumatına görə, Azərbaycan təmsilçisi öz çıxışı ilə 76.300 xal toplayıb (iki cəhdin xallarının cəmi – 38.300 və 38.000).


Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

Teqlər: