Azərbaycan gimnastı batut gimnastikası üzrə Dünya Kubokunun gümüş medalını qazanıb (FOTO)

Azərbaycan gimnastı Selcan Maqsudova 52.780 balla toplayaraq
qadınlar arasında fərdi proqramda batut gimnastikası üzrə Dünya
Kubokunun gümüş medalını qazanıb.

AzerTimes-ın məlumatına görə, qızıl medalı İrina Kundius (Rusiya,
53.900 bal), bürünc medalı isə Corciya Campyeri *İtaliya, 51.820
bal) qazanıblar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.


İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Foto: Zaur Mustafayev

Teqlər: