Türkiyənin məşhur pop-müğənnisi Əmrə Kayanın başına iş gəlib.
AzerTimes Baku TV-yə istinadən xəbər verir ki, sənətçi səhnədən enərkən müvazinətini itirərək yıxılıb.
Sol ayağı və sağ çiynindən zədə alan məşhur pop-müğənni xəstəxanaya yerləşdirilib, onun səhhətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, 37 yaşlı Kaya əslən azərbaycanlıdır.
Sözügedən görüntüləri təqdim edirik: