Erməni nazir serb səfirlə görüşdü: Nələr müzakirə olundu?

Erməni nazir serb səfirlə görüşdü: Nələr müzakirə olundu?

Ermənistanın müdafiə naziri Suren Papikyan Serbiya səfiri Tatyana Panaitoviç-Çvetkoviçlə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər müdafiə sektorunda bir sıra əməkdaşlıq məsələlərini müzakirə ediblər. Serbiya səfiri də öz növbəsində ölkəsinin Ermənistanla əməkdaşlığa hazır olduğunu təsdiqləyib.

Müdafiə naziri və səfir regional və beynəlxalq təhlükəsizlik problemlərinə, Kosovo ətrafında baş verənlərə, Ermənistan və Qarabağ ətrafındakı vəziyyətə də toxunublar.

Teqlər: