Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.
AzerTimes xəbər verir ki, bu barədə “Minval” nəşri məlumat yayıb.
Məlumata görə, bu gün saat 17:15-də Azərbaycan Ordusunun nəzarət-buraxılış məntəqəsində Rusiya Federasiyası sülhməramlılarının Ağdam vasitəsilə Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət edən 1 ədəd 82A zirehli transportyoru və 3 ədəd “Ural” markalı avtomobildən ibarət hərbi kolon yoxlamaq üçün saxlanılıb.
Baxış zamanı avtomobillərdən birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd “Kalaşnikov” avtomatı (AKM) aşkar edilib.
Qaydaların kobud şəkildə pozulmasına – silah və sursatların sənədsiz daşınmasına cavab olaraq, hərbi kolon geri qaytarılıb.