Azərbaycan Ermənistanla sərhədin delimitasyia və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazırdır – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Ermənistanla sərhədin delimitasyia və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazırdır. Mən bugünkü görüşdə bu məsələni cənab Oliver Varhelyinin diqqətinə çatdırdım.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, görüş zamanı postmünaqişə dövründə azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri barədə Oliver Varhelyə geniş məlumat verib.

“Avropa İttifaqnın bu məsələlərə hansı formada dəstək verə biləcəyi müzakirə olundu. Bu istiqamətdə də müzakirələr oldu. Bütün bunlar Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq gündəliyinin nə dərəcədə geniş olduğunu göstərir”, – deyə nazir bildirib.

Teqlər: