Azərbaycan Ermənistanla münaqişə üzrə Vatikanın balanslı mövqeyini yüksək qiymətləndirir – Səfir

Azərbaycan Ermənistan ilə münaqişədən sonrakı vəziyyətin nizamlanması ilə bağlı Vatikanın mövqeyinə böyük hörmətlə yanaşır və bu prosesdə papa dövlətinin mühüm rolunu görür.

AzerTimes-ın məıumatına görə, bu barədə Azərbaycanın Fransadakı və eyni zamanda Vatikandakı səfiri Rəhman Mustafayev deyib.

Səfir bildirib ki, Azərbaycan-Vatikan təmaslarında münaqişədən sonrakı nizamlanma və Azərbaycan-Ermənistan münasibətləri mövzusu qaldırılır:

“Biz Vatikanın çox balanslı, ölçülmüş mövqeyini qeyd edirik. Onun rəhbərliyi problemlərin dialoq yolu ilə və beynəlxalq hüquqa hörmət əsasında həllinin zəruriliyini qeyd edir və bu yanaşma Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Biz Papaya və Müqəddəs Taxt-taca hörmət və etibar edirik və Vatikanı mühüm tərəfdaş hesab edirik”.

Bununla bağlı o əlavə edib ki, Azərbaycan hesab edir ki, Vatikan Azərbaycan və Ermənistan arasında etimadın bərpası və münasibətlərin normallaşdırılması üçün vasitəçi kimi mühüm rol oynaya bilər:

“Bu kontekstdə Vatikanın mövqeyi unikaldır, çünki bu dövlət xristian ermənilərə yaxındır, lakin eyni zamanda beynəlxalq hüquq normalarına hörmət edilməsinin vacibliyini vurğulayır. Bundan əlavə, Vatikan humanitar məsələlərinin nizamlanmasına böyük diqqət yetirir. Biz bu mövqəyi çox yüksək qiymətləndiririk”.

Teqlər: