Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.

AzerTimes-ın məlumatına görə, bununla bağlı Nazirlik öz “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “33 il əvvəl milli diriliş üçün səslənən, bu gün də o inamla işğal altında olan torpaqlarını xilas edən Can Azərbaycanın “Milli Diriliş Günü” mübarək olsun. Türkiyə və Azərbaycan “Bir Millət, İki Dövlət” anlayışı ilə bir və birlikdə olmağa davam edəcək!”

Teqlər: