Almaniyanın Federal Hökuməti Qarabağın “müstəqilliyini” və orada bu yaxınlarda keçirilmiş “seçkiləri” tanımır.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Almaniya Avropa Birliyindəki tərəfdaşları ilə birlikdə Ermənistan ilə Azərbaycan arasında münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində hər iki dövlətin ərazi bütövlüyü əsasında uzunmüddətli tənzimlənməsinə nail olması üzrə səyləri dəstəkləyir”, – XİN-dən verilən məlumatda qeyd olunub.