Azərbaycan ərazisində qanunsuz erməni silahlının ağır yaralanması barədə məlumat yalandır – MN

Erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun
bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni
silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır.

Trend xəbər verir ki, bu barədə Müdafiə
Nazirliyinin (MN) məlumatında deyilir.

“Erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən
cinayətləri ört basdır etmək üçün növbəti təxribata əl atıb”, –
məlumatda bildirilir.

Teqlər: