Azərbaycan enerji sahəsində Aİ-nin güclü tərəfdaşıdır – Avrokomissar

Xəbər - Ceyla Əliyeva – Trend:

Azərbaycan enerji sahəsində Avropa İttifaqının güclü tərəfdaşıdır.

AzerTimes-ın məlumatına görə, bunu Aİ-nin genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheli Bakıya səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanın inkişafı həm də, digər region ölkələrinin inkişafından asılıdır: “Biz Azərbaycanda ölkənin və regionun gələcək inkişaf yollarını müzakirə etdik. Qeyd olunub ki, regionda mütəşəkkil əlaqənin olmaması onun inkişafına mənfi təsir göstərir”.

Avrokomissar Qara və Xəzər dənizləri arasında birbaşa əlaqənin qurulmasının, eləcə Azərbaycan ərazisindən ticarət marşrutlarının yaradılmasının vacibliyini vurğulayıb: “Ölkənin energetika və iqtisadiyyat nazirləri ilə görüşlər zamanı enerji inkişafı məsələləri müzakirə olunub. Azərbaycan Aİ-nin bu sektorda güclü tərəfdaşdır. Biz bu əməkdaşlığın inkişafı, xüsusilə də “yaşıl” enerjiyə keçid baxımından imkanları müzakirə etmişik”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: