Xəbər - Elçin Mehdiyev – Trend:
2022-ci ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri
əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 4 milyard
675,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, əhalinin hər nəfərinə
düşən gəlirlər 465,8 manat olub.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin
sərəncamında 4 milyard 194,2 milyon manatlıq vəsait qalıb.
2021-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında
muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilə
nisbətən 3,4 faiz artaraq 732,1 manat təşkil etmişdir. Əməkhaqqı
neft-qaz sektorunda 3163,8 manat, qeyri neft-qaz sektorunda 683,6
manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin
əməkhaqları 652,7 manat, özəl müəssisələrdə isə 825,2 manat
olub.