Azərbaycan dövləti ermənilərin soyqırım cinayətlərini bütün dünyaya tanıdıb – Elşad Həsənov (FOTO/VİDEO)

Bu gün azərbaycanlıların soyqırımı günüdür. 1918-ci ilin martın
31-dən aprelin 3-dək bolşeviklər və erməni daşnaklarından ibarət
quldur dəstələri Bakıda və ətraf ərazilərdə, həmçinin Azərbaycanın
bir neçə rayonunda kütləvi soyqırımı aktları həyata keçiriblər.

Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı soyqırımı dünya
tarixində ən qatı və amansız cinayətlərdən hesab olunur. Ermənilər
tarixən azərbaycanlılara qarşı soyqırımlar, etnik təmizləmə həyata
keçiriblər. On minlərlə azərbaycanlı bu qanlı terrorun qurbanı
olub. Erməni quldur dəstələri xalqımıza qarşı xüsusi qəddarlıqla
tarixdə görünməmiş qətliamlar törədiblər. Birinci Qarabağ
müharibəsi zamanı, 30 illik işğal dövründə, hətta 44 günlük Vətən
Müharibəsi günlərində də ermənilər dinc yaşayış məntəqələrimizi
bombalamaqla günahsız mülki azərbaycanlıları qətlə yetirib. Son
illər dövlətimizin beynəlxalq səviyyədə apardığı uğurlu təbliğat
nəticəsində artıq bütün dünya ermənilərin əsl simasını tanıyıb,
onların vəhşiliyinin, quldur, faşist mahiyyətinin şahidi olub.

Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinin budəfəki buraxılışında Azərbaycan xalqına qarşı
tarixən həyata keçirilən amansız soyqırımlarla bağlı müzakirə
aparılıb.

Layihənin qonağı jurnalist, siyasi ekspert Elşad Həsənov
olub.

O, bildirib ki, son illər Azərbaycan dövlətinin apardığı uğurlu
siyasət nəticəsində bütün dünya ictimaiyyəti ermənilərin terrorçu
siyasətini açıq-aydın görür:

“Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin xalqımıza qarşı
həyata keçirdiyi soyqırımı, işğal, etnik təmizləmə siyasətini hər
zaman nüfuzlu beynəlxalq tribunalarda səsləndirməklə dünyanı
məlumatlandırıb. Həmçinin Birinci vitse-prezident Mehriban
Əliyevanın və Heydər Əliyev Fondunun da bu istiqamətdəki müstəsna
fəaliyyəti xüsusi vurğulanmalıdır”.

Müsahibənin videovariantını təqdim edirik.

Teqlər: